Dünyada ötən gün ərzində koronavirusa yoluxanların sayı 1 655 868 nəfər, ölənlərin sayı 8 654 nəfər artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, virusa yoluxanların ümumi sayı 410 565 868-ə, ölənlərin sayı isə 5 810 880-nə çatıb.
Ən çox təsdiqlənmiş yoluxma halları ABŞ-dadır - 76 983 188 nəfər. Siyahıda ikinci yerdə Hindistan (42 665 534 yoluxma), həmçinin sonrakı yerlərdə Braziliya (27 425 743), Fransa (21 106 470) və Böyük Britaniyanın (18 306 863) adları qərarlaşıb. Ən çox ölüm halları da ABŞ-dadır - 910 982. İkinci sırada Braziliya (638 048), üçüncü yerdə Hindistan (509 011) qərarlaşıb. Siyahıda bu ölkələrdən sonra Rusiya (340 931) və Meksika (312 697) qərarlaşıb.
















