• Bakı 24° C

    0.94 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

Dünyada yeni okean yaranır

CƏMİYYƏT

10 Iyun 2026 | 17:17

Dünyada yeni okean yaranır

Efiopiyanın Afar bölgəsindəki tektonik qırılma aktiv fazaya qədəm qoyub, geoloqlar anomal hərəkət və bir sıra güclü təkan qeydə alıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Ecoticias” beynəlxalq alimlər qrupunun araşdırmasına istinadla məlumat yayıb.

“Deformasiyaya nəhəng bir maqmatik bənd - yüksək təzyiq altında ərimiş qaya ilə doldurulmuş təxminən 50 km uzunluğunda şaquli çat səbəb olub. Nəticədə bölgədəki yollar zədələnir, quyular və digər infrastruktur məhv olur. Afar Ərəbistan, Nubiya və Somali tektonik plitələrinin birləşdiyi dünyanın ən qeyri-sabit rift zonalarından biri hesab olunur. Uzunmüddətli perspektivdə plitələrin davamlı şəkildə ayrılması ərazinin bir hissəsinin Qırmızı dəniz və Ədən körfəzi suları ilə dolmasına səbəb ola bilər, bu da nəticədə yeni bir okean hövzəsi yaradacaq”, - məlumatda deyilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR