• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Dünyanın ən bahalı şirkəti dəyişdi

MULTİMEDİA

29 Oktyabr 2021 | 21:40 | Müəllif: Subhan Mahmudov

Dünyanın ən bahalı şirkəti dəyişdi

Xeyli müddətdir dünyanın ən bahalı şirkəti adını daşıyan “Apple” artıq bu statusdan məhrum olub.

Belə ki, rüblük hesabatının gözləniləndən daha zəif çıxması səbəbindən ABŞ elektronika istehsalçısının səhmləri gün ərzində 4% ucuzlaşıb və şirkətin dəyəri 2.41 trilyon dollara düşüb.

Onun yerini isə uğurlu hesabatdan sonra səhmləri 1% bahalaşan “Microsoft” tutub. Hazırda dünyanın ən bahalı şirkətinin kapitallaşması 2.46 trilyon dollardır.

Qeyd edək ki, dünyanın ən iri proqram təminatçılarından biri olan “Microsoft” 1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən yaradılıb. Onun mərkəzi ofisi Vaşinqton ştatının Redmond şəhərində yerləşir.(Oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026