Çinin Şençjen şəhərində koronavirus epidemiyası ilə mübarizə çərçivəsində dünyanın ən böyük elektronika bazarı olan "Huaqiangbei" müvəqqəti bağlanıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, rəsmilər bazarın 3 əsas binasının sentyabrın 2-dək bağlı qalacağını, işçilərin isə evdən işləməyə davam edəcəyini bildirib.
Səlahiyyətlilər, həmçinin COVID-19-la mübarizə çərçivəsində Futian və Luohu əyalətləri arasında nəqliyyat təmin edən 24 metro stansiyasının xidmətlərinin də dayandırıldığını açıqlayıb.
Qeyd edək ki, Çində son 24 saatda 352 nəfərdə koronavirus aşkar edildikdən sonra ümumi yoluxma sayı 242 min 307-yə çatıb. COVID-19-un ortaya çıxdığı gündən ölkədə ümumilikdə 5 min 226 nəfər bu virusdan dünyasını dəyişib.
Aytac Aslan
Bakı 



