• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Daha ölümcül koronavirus növü TAPILDI

DÜNYA

28 Sentyabr 2022 | 14:08 | Müəllif: Subhan Mahmudov

Daha ölümcül koronavirus növü TAPILDI

Koronavirusun yeni növü aşkar edilib.

İnsanlara ötürülə bilən ölümcül heyvan mənşəli virus növbəti pandemiyaya səbəb ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “ScienceAlert” jurnalındakı araşdırmada məlumat verilib.

Məlumata görə, Khosta-2 adlı yeni virus Rusiyanın Soçi Milli Parkında yaşayan nal burunlu yarasalarda aşkar edilib.

Bu yarasa növünün Avropa və Şimali Afrikada da mövcud olduğu bildirilib.

Araşdırmalar nəticəsində Khosta-2 virusunda bəzi narahatlıq doğuran cəhətlər aşkar edilib.

SARS-CoV-2 kimi, Khosta-2 də tənəffüs yolları virusu olmaqla yoluxma şəkli eynidir. Bu virus tənəffüs yollarından keçərək insan hüceyrələrini yoluxdura bilən zülallarla örtülüb.

COVID-19 peyvəndi bu virusa təsir göstərə bilmir.

Başqa sözlə, bu yeni virusun mövcud dərmanlarla müalicəsi mümkün deyil.

Tədqiqat müəllifləri bildiriblər ki, buna görə də təcili olaraq yeni və daha təsirli sarbekovirus peyvəndləri hazırlanmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026