• Bakı 10° C

    8.71 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Şahin dron”lar hazırlanıb

DÜNYA

28 Oktyabr 2022 | 12:49 | Müəllif: Qalib İbrahimoğlu

“Şahin dron”lar hazırlanıb

Hər il quşlarla təyyarələrin toqquşması nəticəsində həm minlərlə quş təkəf olur, həm də təyyarələr zədələnir.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, hollandiyalı tədqiqatçılar bu problemlərin qarşısını almaq üçün yeni üsul tapıblar. Belə ki, Qroningen Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmış və çəkisi 0,245 kiloqram olan  Şahin dron quşları 4 saat ərzində aktiv şəkildə gərgin yollardan uzaqlaşdırmaq üçün istifadə edilə bilər. Şüşə lif və genişlənmiş polipropilen materiallardan hazırlanan robot saatda 48 kilometr sürətə çata bilir. Robot quşun başına yerləşdirilən kamera, quyruq və qanadlarındakı mexanizmlər də cihazın uzaqdan idarə olunmasına imkan verir. Bununla belə, bu yeni texnologiyanın da məhdudiyyətləri var.

Hesabata görə, robotu təlim keçmiş pilotlar idarə etməlidir. Yağışlı və ya güclü külək şəraitində uçuşların həyata keçirilə bilməyəcəyi və bu şərtlərdə batareyanın kifayət qədər ömrünün olmadığı bildirilir.

2017-ci ildə Kanadada hava limanı yaxınlığında təyyarənin quş sürüsünü vurmasının qarşısını almaq məqsədilə sürüləri qorxutmaq üçün Robird adlı robot hazırlanmışdı.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026