• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Dünyanın ən uzun və davamlı ildırımları qeydə alındı - VİDEO

DÜNYA

02 Fevral 2022 | 09:18 | Müəllif: Subhan Mahmudov

Dünyanın ən uzun və davamlı ildırımları qeydə alındı - VİDEO

Ümumdünya Meteorologiya Təşkilatı Amerika qitəsində ildırım çaxmaları üzrə iki yeni dünya rekordu qeydə alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.

Ən uzun məsafəli ildırım ABŞ-ın cənubunda 29 aprel 2020-ci ildə müşahidə edilib. İldırım 768 ± 8 kilometr məsafəni əhatə edib ki, bu da 2018-ci ilin oktyabrında Braziliyada qeydə alınan əvvəlki rekorddan 60 kilometr daha çoxdur.

Ən davamlı ildırım isə 18 iyun 2020-ci ildə Uruqvay və Argentinanın şimalı üzərində baş verən tufan zamanı çaxıb. Şimşək 17,1 saniyə davam edib. Bundan əvvəl 2019-cu ilin martında Argentinanın şimalında qeydə alınan ən uzunmüddətli ildırım 16,73 saniyə olub.

Yeni rekordların ən son peyk texnologiyasından istifadə etməklə qeydə alındığı bildirilib.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026