• Bakı 24° C

    6.99 m/s

Əbülfəs Qarayev məhkəməyə çağırıldı

GÜNDƏM

01 Oktyabr 2021 | 18:10 | Müəllif: Subhan Mahmudov

Əbülfəs Qarayev məhkəməyə çağırıldı

Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev Bakı Ağır Cinayətlər Məhkəməsinə çağırılıb.

Bakıvaxtı.az Sfera.az-a istinadla xəbər verir ki, sabiq nazir bu gün məhkəməyə getməli olub.

Qarayevin hansı səbəbdən məhkəməyə çağırıldığı isə bəlli deyil. Sayt bununla bağlı sabiq nazirlə əlaqə yaratmağa çalışsa da, cavab ala bilməyib.

Qeyd edək ki, bir müddət əvvəl Əbülfəs Qarayevin mədəniyyət naziri işlədiyi dövrdə nazirlikdə baş verən yeyintilərlə bağlı Hesablama Palatasının apardığı yoxlamalardan sonra Baş Prokrorluqda cinayət işi açılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026