• Bakı 28° C

    12.09 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

EEİS-in yaradılması üçüncü oxunuşda qəbul edilib

İQTİSADİYYAT

09 Dekabr 2025 | 12:08

EEİS-in yaradılması üçüncü oxunuşda qəbul edilib

Milli Məclis “Enerji Effektivliyi İnformasiya Sistemi”nin yaradılmasını üçüncü oxunuşda təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ ilə bağlı “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna dəyişikliklər parlamentin bugünkü iclasında təqdim olunub.

Yeni əlavəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qurum enerji effektivliyi informasiya sistemi vasitəsilə aşağıdakıları təmin edəcək: enerji resurslarından səmərəli istifadəyə nəzarət, enerji auditorları və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və fəaliyyətlərinin izlənməsi, məlumatlandırma və maarifləndirmə işləri, effektivlik potensialının qiymətləndirilməsi, binaların enerji sertifikatlaşdırılması, həmçinin məcburi enerji auditi tələb olunan müəssisələrin və qeyri-yaşayış binalarının, enerji xidmətləri təchizatçılarının siyahısının və bu sahədə vəziyyət və inkişaf göstəricilərinin sistemdə yerləşdirilməsi.

Layihə səsvermə nəticəsində üçüncü oxunuşda qəbul edilib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyul 2026