• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ƏƏSMN-nin ili sosial layihəsi Cenevrədə uğur qazanıb

CƏMİYYƏT

17 Mart 2023 | 12:53 | Müəllif: Qalib İbrahimoğlu

ƏƏSMN-nin ili sosial layihəsi Cenevrədə uğur qazanıb

Cenevrədəki müsabiqədə uğur qazanan iki sosial layihəmizlə bağlı  “Çempion layihə” mükafatları təqdim edilib

“İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2023”  çərçivəsində  keçirilən müsabiqənin (Cenevrə) “Çempion layihə”ləri seçilən İKT layihələri üzrə mükafatların təqdimetmə mərasimi keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Məlumata görə, müsabiqədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iki innovativ sosial layihəsi – e-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) də uğur qazanaraq “Çempion layihə”lər elan olunub.

Mərasimdə hər iki mükafat Nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərova təqdim edilib.

Xatırladaq ki, BMT-nin İKT üzrə ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının keçirdiyi müsabiqədə müxtəlif ölkələrdən 18 kateqoriya üzrə 900 layihə iştirak edib.

E-sosial.az internet portalı 2019-cu ildə istifadəyə verilib və ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara real vaxt rejimində çıxış və sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı verir.

2022-ci ilin may ayında istifadəyə verilən ƏMAS isə əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatların rəqəmsal müstəviyə keçidini, əmək və məşğulluq sahəsində xidmətlərin çevikliyini, şəffaflığını və səmərəliliyini  təmin edən vahid əmək münasibətləri platformasıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026