Türkiyədə zəlzələ olub.
Bakıvaxtı.az xəbər verir ki, ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumata görə, yeraltı təkan Muğlanın Ula rayonunda saat 07.22-də baş verib. 3.7 bal gücündə zəlzələdən dərhal sonra Egey dənizində saat 07.32-də 4.7 bal gücündə yeraltı təkan qeydə alınıb.
AFAD zəlzələnin 4,61 kilometr dərinlikdə olduğunu açıqlayıb.
Aytac Aslan
















