• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Əgər sülhməramlılar Mirzoyanı ermənilərə qaytararlarsa…” - AÇIQLAMA

SİYASƏT

13 Noyabr 2021 | 14:42 | Müəllif: Subhan Mahmudov

“Əgər sülhməramlılar Mirzoyanı ermənilərə qaytararlarsa…” - AÇIQLAMA

Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının əl qumbara atılması nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibov və digərləri (cəmi üç nəfər) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bəs bu hadisədən sonra hansı addımlar atılacaq?

Mövzu ilə bağlı Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Bakıvaxtı.az-a danışıb:

“Erməni terrorçunun məlum əməli, erməni tərəfinin sülhməramlılar qarşısında qoyduğu ultimatum bir daha bu xalqın hansı xislətə malik olduğunu göstərir. Bu gün baş verən olay Azərbaycanın mövqeyini gücləndirdi. Çünki , 12 aydır ki, Bakı Rusiyadan erməni silahlılarının bölgədən çıxarılmasını tələb etsə də, Moskva Üçtərəfli Bəyanatda yer alan bu bəndin reallaşması istiqamətində addım atmadı.

İş o yerə çatıb ki, artıq erməni tərəfi sülhməramlıları təhdid edir, onların terrrorçunu separatçılara qaytarılmasını tələb edirlər. Əgər sülhməramlılar Mirzoyanı ermənilərə qaytararlarsa, bu digər terrorçular üçün gələcəkdə Azərbaycan ordusuna növbəti hücumları üçün zəmin olacaq.

Hazırda terrorçu Mirzoyan az qala ermənilərin milli qəhrəmanına çevrilməkdədir. Sosial şəbəkələrdə revanşist meyillər, Şuşanın geri alınması əsas amaldır və sair kimi sərxoş fikirlər səsləndirilməkdədir.  27 il mifik dünyada yaşayan ermənilər hələ də yuxudan ayılmayıblar. 

Əminliklə deyirəm, onlardan fərqli olaraq Azərbaycan bundan sonra da tarixi ədaləti bərpa  etməkdə davam edəcək. 

Baş verənlərdə günahı olanlar mütləq cəzalandırılmalıdırlar”.

 

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026