• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əhali ötən ay restoranlarda nə qədər pul xərcləyib?

CƏMİYYƏT

21 Oktyabr 2023 | 14:00

Əhali ötən ay restoranlarda nə qədər pul xərcləyib?

2023-cü ilin sentyabr ayında Azərbaycanda əhali kafe və restoranlara 169 milyon 597 min manat vəsait xərcləyib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin setyabr ayı ilə müqayisədə 25% və ya 33.9 milyon manat çoxdur. 2022-ci ilin sentyabr ayında Azərbaycanda ictimai iaşə dövriyyəsi 135 milyon 681 min manat təşkil edib.

Xatırladaq ki, cari ilin sentyabr ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 945.9 milyon manat təşkil edib.

Əlavə edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 1 milyard 484.2 milyon manata bərabər olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026