• Bakı 15° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0175

Azərbaycanda YENİ DƏLƏDUZLUQ: 10 manat cərimə ödəyəcəkdi, kartından 2 min çıxdılar - VİDEO

CƏMİYYƏT

20 Noyabr 2023 | 13:54

Azərbaycanda YENİ DƏLƏDUZLUQ: 10 manat cərimə ödəyəcəkdi, kartından 2 min çıxdılar - VİDEO

Azərbaycanda yeni dələduzluq növü aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Gülnar Tağıyeva (şərti ad) paylaşıb.

Belə ki, paylaşım edən xanımın iddiasına görə, avtomovili ilə yol hərəkət qaydasını pozduğu üçün 10 manat cərimə ödəmək istəyəndə kartından 2 min manat çıxılıb.

"Cəriməni ödəməyə girdikdə yazıldı ki, tez ödəməyiniz üçün 40% endirim olur. O da hardasa, 3-4 manat etdi. Məbləği ödədikdə hər saniyə iki yüz manat çıxılmağa başladı. Heç 3-5 saniyə deyildi ki, kartımdan iki min manatdan çox pul çıxıldı”.

Onun sözlərinə görə, bundan sonra kartı bloklayıb: “Banka müraciət etdim, dedilər ki, kartınızdan pul oğurlanıb, biz kimin oğurladığını bilmirik, polisə müraciət edin. Polis dedi ki, bizdən əvvəl 15-20 min manat itirənlər olub. Pulun qaytarılması üçün polisdə ərizə yazdıq".

Şikayətçi qeyd edib ki, 5 manat qabağa düşmək istəyəndə 2 min manat itirib.

“Belə şeylərə inanmayın, gələn heç bir endirimdən yararlanmayın. Çünki adamı belə aldadırlar", - deyə social şəbəkə istifadıçisi vurğulayıb.

Aytac Aslan


SON XƏBƏRLƏR

29 Oktyabr 2024