• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir azalıb

CƏMİYYƏT

19 Mart 2021 | 21:51

Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir azalıb

2021-ci ilin yanvar-fevral aylarında əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 16,1 faiz azalıb.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, 2021-ci ilin yanvar-fevral aylarında əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,1 faiz azalaraq 1213,4 milyon manat olub.

Hüquqi şəxslər tərəfindən əhaliyə 916,6 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 75,5 faizini təşkil edib.

Cari ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 121,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 20,5 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026