• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Həftənin ilk iş gününə olan hava proqnozu AÇIQLANDI

CƏMİYYƏT

18 Aprel 2021 | 12:46

Həftənin ilk iş gününə olan hava proqnozu AÇIQLANDI

Aprelin 19-da  gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Bakıvaxtı.az-a verdiyi məlumata görə, aprelin 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.   Havanın temperaturu  gecə  10-13 dərəcə, gündüz 19-24 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 20-22 dərəcə  isti olacaq. Atmosfer təzyiqi  761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. 

Aprelin 19-da  Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi  əsəcək. Havanın temperaturu gecə  10-15 dərəcə  isti, gündüz  24-29 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti,  gündüz 15-20,  bəzi yerlərdə 23-25 dərəcə isti olacaq. 

Aprelin 19-da  Abşeron yarımadasında meteoroloji amillərin  zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026