Bu gündən Azərbaycanda COVID-19 əleyhinə Rusiya istehsalı olan "Sputnik V” peyvəndinin tətbiqinə başlanılır.
Bakıvaxtı.az xəbər verir ki, 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.
"Sputnik V" vaksini vurdurmaq istəyən vətəndaşlar Azadlıq prospekti, 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzinə müraciət etməlidirlər.
Qeyd edək ki, "Sputnik V” vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb.
















