Saatlı rayon sakini odlu silahı polisə təhvil verib.
DİN-nin mətbuat xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarla müntəzəm şəkildə aparılan profilaktiki tədbirlər nəticəsində rayonun Xanlarkənd kənd sakini Vüqar Əzizov müvafiq sənədləri olmayan TOZ-63 markalı qoşa lüləli ov silahını könüllü olaraq rayon polis şöbəsinə təhvil verib.
















