Bu gün səhər saatlarında Abşeron Rayon Sukanal İdarəsində partlayış baş verib.
Bakivaxti.az xəbər verir ki, bu barədə məlumatı Xırdalan sakini Müşfiq İsgəndərov verib.
İdarəyə yaxın ərazidə yerləşən Xırdalan şəhər 2 saylı tam orta məktəbin rəhbərliyi təhlükəsizliyə görə, tənəffüs vaxtı şagirdləri həyətə buraxmayıb.
Məsələ ilə bağlı “Azərsu” ASC-dən və FHN-dən açıqlama almaq cəhdlərimiz davam edir.
Ramid İbrahimov
Bakivaxti.az
















