Tunis təhlükəsizlik qüvvələri Qətərin Əl-Cəzirə televiziya kanalının ofisinə basqın ediblər.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi televiziya kanalı Twitter səhifəsində məlumat verib.
Ofisinin direktoru Lotfi Hacı bilidirib ki, Tunis təhlükəsizlik qüvvələri ofisə basqın edərək bütün jurnalistləri oradan qovublar.
Tunis səlahiyyətlilərindən bu məsələ ilə bağlı hələ açıqlama olmayıb.
Qeyd edək ki, 25 iyul tarixində Tunis prezidenti Qais Said parlament fəaliyyətinin 30 gün dayandırıldığını, bütün millət vəkillərinin toxunulmazlığının götürüldüyünü və Baş nazir Hişam Maşişinin istefasını elan edib. Ordu bölmələri şəhərin mərkəzində, xüsusən parlament binasında və milli televiziya şirkətinin qərargahında yeləşdiriliblər.
















