• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İT mütəxəssislərin daha bir köçünə şahid ola bilərik, ÇÜNKİ...

CƏMİYYƏT

25 Avqust 2021 | 12:49

İT mütəxəssislərin daha bir köçünə şahid ola bilərik, ÇÜNKİ...

"Rəqəmsal transformasiyaya cavabdeh qurum olaraq NRYTN bu məslələrə diqqət yetriməlidir. NRYTN transformasiyanın lokomativi olan İT kadrların formalaşması və şəraitin yaxşılaması üçün səyləri gücləndirməlidir."

Bakıvaxtı.az xəbər verir ki, bunları Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib:

Dövlətin İT təhlükəsizliyinə cavabdeh olan mütəxəssisin əmək haqqı 800 manatdır

Dövlət sektorunda İT mütəxəssislərin əmək haqqı, həmçinin dövlət universitetlərində tədris prosesinə cəlb edilən saathesabı işləyən İT mütəxəssislərin əmək haqqı hədsiz dərəcədə aşağıdır.

NK-nın “Dövlət sektorunda işləyənlərin yeni Vahid Tarif Cədvəli”nə, “Büdcədən maliyyələşdirilən qurumlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”nə nəzər salanda görmək olar ki, vəziyyət nə yerdədir.

Təsəvvür edin ki, dövlət orqanında İT təhlükəsizliyə cavabdeh olan mütəxəssisin əmək haqqı 800 manatdır. Ən azı 3 il çalışmalıdır ki, onun əmək haqqı 1500- manatadək yüksəlsin.

Görəcəyi işin mahiyyəti və ağırlığı ilə alağacı arasında kəskin ziddiyyət var.

Hətta 450-600 manat arasında əəməkhaqqı alan, qurumların İT infrastrukturuna cavabdeh olan İT mütəxəssislər də var.

Bu işlə məşğul olan mütəxəssislərin yerli özəl şirkətlədə və xarici qurumlarda aldığı maaşlar arasında da fərq hədsiz yüksəkdir.

Hansı ki, bu tip mütəxəssislər xaricdə rahat olaraq ayda 5-10 min $ və ya daha çox qazana bilirlər.

Belə olan halda isə dövlət sektoruna, təhsil sektoruna peşəkar İT mütəxəssisləri cəlb etmək çox çətin olur.

Rəqəmsal transformasiyaya cavabdeh qurum olaraq NRYTN bu məslələrə diqqət yetriməlidir. NRYTN transformasiyanın lokomativi olan İT kadrların formalaşması və şəraitin yaxşılaması üçün səyləri gücləndirməlidir

Bu cür davam edərsə biz İT mütəxəssislərin daha bir köçünün şahidi ola bilərik.

Müşahidələrimiz göstərir ki rəqəmsal transformaisya ilə bağlı işlər çox ləngiyir.

Bir müddət öncə Prezident rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi NRYTN-ə həvalə edilib. Adı çəkilən fərmana görə NK artıq rəqəmsal transformasiya konsepsiyasını hazırlayıb başa çatdrımalıdır.

Fikrimcə, Fərmanın icrası ilə bağlı NRYTN strukturunda dəyişikliklər sürətlənməli, transformasiyanı, qurumlar arası əlaqələndirməni həyata keçirən strukturlar formalaşmalıdır.

Düşünüərm ki, İKT sektorunda müstəqil tənzimləyici qurumun formalaşmasının ləngiməsi də doğru bir yanaşma deyil.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026