• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gənclər niyə təhsil aldıqları sahə üzrə işləmir? - AÇIQLAMA

CƏMİYYƏT

24 Sentyabr 2021 | 10:59

Gənclər niyə təhsil aldıqları sahə üzrə işləmir? - AÇIQLAMA

İllərdir aktuallığını itirməyən ən vacib mövzulardan biri də, universitet məzunlarının təhsil aldıqları sahə üzlə fəaliyyət göstərməmələridir. Belə ki, fərqli sahələrdə fəaliyyət göstərən insanlardan təhsilini soruşduqda məlum olur ki, işlədiyi sahə ilə ali təhsil aldığı ixtisas arasında dağlar qədər fərq var. Bu da istedadlı kadr yetişdirilməsinə, sözün əsl mənasında, maneə olur.

Bəs gənclərin öz sahələri üzrə fəaliyyət göstərməməsinin səbəbi nədir?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a danışıb:

"İlk növbədə qeyd edim ki, Abituriyentlərin bir çoxu ixtisas seçimi edərkən qərarsız qalır. Bəziləri isə ailəsinin istəyinə görə ixtisasını müəyyənləşdirir. Hər bir abituriyent ixtisas seçəndə ilk olaraq özünə, ruhuna, xarakterinə daha yaxın olan sahə üzrə seçim etməlidir. Məncə, bu, diqqət ediləcək ən vacib məsələdir. İxtisas seçimi zamanı valideynlərin müəyyən qədər təsiri olur, bəzi ailələrdə bu, hətta təzyiqə çevrilir. Fikrimcə, ailələr seçimi övladlarına buraxmalıdır. Öz ixtisasında özünü mənəvi cəhətdən tapmayan tələbə nə qədər ali ixtisas olsa belə yüksək keyfiyyətli təhsilə yiyələnə bilməyəcək. Günümüzdə yüzlərlə şəxs yanlış ixtisas seçməyə məcbur olur. Sual verdikdə isə mən başqa ixtisas istəyirdim, valideynlərim məni bura yönəltdi deyirlər. Gələcəkdə də seçdikləri ixtisas üzrə işləmirlər. Digər məsələ isə seçdiyimiz ixtisasın bizə nə qədər yaxın olmasıdır. Düşünürəm ki, hər kəs öz xarakterinə uyğun ixtisas seçməlidir ki, gələcəkdə o sahə üzrə mütəxəssis olmağı bacarsın. Bu isə yalnız sevilərək edilən işin nəticəsi ola bilər. Son illər görürük ki, Abituriyentlərin əksəriyyətində bu hala rast gəlinir ki, valideynlərin və ya başqalarının təkidi ilə verilmiş qərardan peşman olurlar. İlk səbəblərdən biri budur ki, universitetlər yeni kadr hazırlayarkən bəzi çətinliklərlə üzləşirlər. Yəni son dövrlər texnologiyalar sürətlə inkişaf edir, bizim universitetlər də bununla ayaqlaşa bilmir. Digər səbəblərdən biri isə əmək bazarında olan kadrların da xaricə üz tutmasıdır. Dil bilgisi olan və bu sahəni yaxşı bilənlər işləmək üçün başqa ölkələrə gedir. Başqa bir səbəb kimi isə əmək haqqını demək olar. Düzdü, buradakı şirkətlər də İT mütəxəssisinə yüksək maaş verir. Amma hər nə olursa olsun, xaricdəki təklif daha sərfəli olur. Həmçinin xaricdə bu sahənin mütəxəssislərinin karyeranı inkişaf etdirmək baxımından da əlverişli şəraitləri olur. Hal-hazırda ali təhsilli şəxslərin 43 faizi öz ixtisası üzrə işləyirlər. Universitetlər yeni texnologiyaların tətbiqi ilə dərslər keçməlidirlər. Köhnə proqramları yeniləri ilə əvəzləməlidirlər. Köhnə sistemlər tələbədə də bu sahəyə maraq yaratmır. Azərbaycanda məzunların ancaq 43 faizi işlə təmin oluna bilir. Təbii ki, hamını arzu etdiyi işlə təmin etmək mümkün deyil, lakin bu göstəricini artırmaq üçün müəyyən tədbirlər görmək lazımdır. Bu gün ölkədə yaxşı kənd təsərrüfatı üzrə, yüksək texnologiyalar üzrə mütəxəssislərə, habelə, qeyri-neft sektorunda müxtəlif sahələr üzrə mühəndislərə ehtiyaclar var. Bu ixtisaslar üzrə qəbulu artırmaq lazımdır. Məzunların əksəriyyəti Bakıda qalmağa çalışır. Ona görə də, bir çox insan öz ixtisası üzrə işləmir. Təklifim var idi ki, büdcə hesabına oxuyan gənclər icbari surətdə rayonlara göndərilməlidir, onlar üçün də orda müəyyən iş yerləri və şərait təmin olunmalıdır. Onlar 3 il müddətində orda işləyə və bölgələrin inkişafına töhfələrini verə bilərlər. Rayonlarda müəllimlərə, həkimlərə, mühəndisələrə ehtiyac var. Əgər bölgələrin inkişafını istəyiriksə, mütləq bu nüanslara diqqət yetirməliyik. Bakıda əhalinin sayı sürətlə artır, rayonlar isə boşalır. Rayonlarda savadlı həkim, mühəndis, yaxud digər sahələr üzrə mütəxəssis tapmaq çətinləşib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026