• Bakı C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Elçin Əmirbəyov: 2025-ci il Cənubi Qafqaz üçün tarixi bir mərhələ idi

SİYASƏT

16 Dekabr 2025 | 17:04

Elçin Əmirbəyov: 2025-ci il Cənubi Qafqaz üçün tarixi bir mərhələ idi

2025-ci il təkcə Azərbaycan-Ermənistan əlaqələri üçün yox, həm də ümumilikdə Cənubi Qafqaz regionu üçün tarixi əhəmiyyətli bir mərhələ idi.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “The Holland Times”a müsahibəsində deyib.

“Ölkələrimiz avqustda sülh razılaşmasının layihə sənədini parafladılar. Hansı ki, növbəti ildə imzalana biləcəyinə ümid edirik. ATƏT iki həftə əvvəl Minsk qrupu və əlaqəli qurumların bağlanması prosedurunu tamamladı. Minsk qrupu 2020-ci ildən bəri qeyri-funksional bir qurum idi. Bizim məqsədimiz ölkələrimiz arasında sülhün davamlılığından əmin olmaqdır. Buna nail olmaq üçün Ermənistanın Konstitusiyasının paraflanmış sülh razılaşmasına uyğun bir vəziyyətə gətirilməsi lazımdır. Bundan sonra müqavilə imzalana və hər iki tərəfin ratifikasiyasından keçə bilər”, - Elçin Əmirbəyov bildirib.


SON XƏBƏRLƏR