• Bakı 19° C

    8.44 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Elgiz Əkbər narkotik aludəçisi olan məşhurlardan DANIŞDI

MƏDƏNİYYƏT

30 May 2023 | 11:03 | Müəllif: Qalib İbrahimoğlu

Elgiz Əkbər narkotik aludəçisi olan məşhurlardan DANIŞDI

"Şou biznes arasında da son zamanlar çox təəssüf olsun ki, pis vərdişlərə aludəçilik yayılmaqdadır".

Bakıvaxtı.az xəbər verir ki, bunu öz verilişində aparıcı Elgiz Əkbər deyib.

O, "Elgizlə izlə" proqramda narkotik aludəçisi olan məşhurlardan söz açıb: "Əldə etdiyim məlumata görə, sorağı gəlməyən gənc müğənnilərdən bəziləri - onların arasında qadın da var - çox təəssüf edirəm ki, artıq narkotik qurbana çevriliblər. Hərdən görürsünüz, efirdə aqressiya nümayiş etdirirlər. Bunlar hamısı onun nəticəsidir".

Aparıcı qeyd edib ki, onların aralarında məhv olub gedənlər də var, son anda da olsa belə bu yoldan əl çəkənlər də.

E.Əkbər onu da bildirib ki, ondan necə qurtulmağı danışan çox az sayda insan var: "Bəziləri, etiraf edib danışırlar. Böyük əksəriyyəti isə, bunu danışmır. Danışmır, heç danışmasın".

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026