• Bakı 6° C

    3.66 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Əli Şamxani Moskvaya getdi

DÜNYA

07 Fevral 2023 | 12:28

Əli Şamxani Moskvaya getdi

İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Əfqanıstanla bağlı məsləhətləşmələr aparmaq üçün Moskvaya gedib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Şamxani Rusiyada ikitərəfli əməkdaşlıq və iqtisadiyyat, ticarət və texnologiya sahəsində layihələr üzrə məsləhətləşmələr aparmaq üçün bir sıra rəsmi şəxslərlə görüş planlaşdırır.

Şəmxani Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi üçün beşinci regional görüş-dialoqda iştirak edəcək. İclasda Əfqanıstanla qonşu olan ölkələrin milli təhlükəsizlik təşkilatlarının katibləri, müşavirləri və nümayəndələri iştirak edəcək, siyasi və iqtisadi inkişaf, həmçinin Əfqanıstanda təhlükəsizlik məsələləri müzakirə ediləcək.

Görüş çərçivəsində ikitərəfli dialoqların da olacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026