• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əməkdar artist Manaf Ağayevin həbsindən DANIŞDI

MƏDƏNİYYƏT

19 Fevral 2022 | 15:25 | Müəllif: Subhan Mahmudov

Əməkdar artist Manaf Ağayevin həbsindən DANIŞDI

"Qanun hamı üçündü, onu heç kim pozmamalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev müğənni Manaf Ağayevin həbsindən danışarkən deyib.

Müğənni bildirib ki, bütün vətəndaşlar dövlətin əsgəridir:

"Biz gərək qanuna əməl edək. Allah qapısını açsın. Xalqı kim qoruyur? Dövlətimiz. O torpaqlarda nə qədər şəhid verdik, ailələr gözü yaşlı qaldı. Allah prezidentin canını sağ eləsin, az səbr edək, gözləyək işğaldan azad olunan torpaqlarda abadlıq bitsin, ondan sonra hamı gedəcək".

Qeyd edək ki, müğənni Manaf Ağayev işğaldan azad olunan Füzuli rayonuna qanunsuz səfər edib və həmin görüntüləri sosial şəbəkədə paylaşıb. Məhkəmənin qərarı ilə müğənni 15 sutka həbs edilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026