• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Əməkhaqqı fondunda 6 faiz artım qeydə alınıb

CƏMİYYƏT

26 Aprel 2023 | 10:31 | Müəllif: Qalib İbrahimoğlu

Əməkhaqqı fondunda 6 faiz artım qeydə alınıb

Məşğulluq imkanlarının artırılmasına, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn kompleks tədbirlər nəticəsində əmək müqavilələrinin sayında artım davam edir.

Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, bu ilin birinci rübündə də ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 9 493 müqavilə və ya 0,5 faiz artaraq 1 milyon 755 min 802-yə çatıb.

Aparılan əməkhaqqı islahatları və əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunun da davamlı olaraq artması ilə nəticələnir. 2023-ci ilin yanvar-mart aylarında əməkhaqqı fondunda daha 6 faiz artım qeydə alınıb.

Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 34 faiz,  əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib


Əməkhaqqı fondunda 6 faiz artım qeydə alınıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR