Ucarda bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib. Aralarında yaranmış münaqişə zamanı əmi qardaşı oğluna bıçaqla ağır xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, rayonun Qaradağlı kənd sakini, 1998-ci il təvəllüdlü Yasin Nail oğlu Həşimovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə Ucar Rayon Polis Şöbəsinə məlumat daxil olub. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən sonuncunun əmisi, 1960-ci il təvəllüdlü Səməndar Həşimov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. \ APA





jpg-1724913507.webp)



jpg-1724911803.webp)
jpeg-1724911810.webp)

jpg-1724908346.webp)



