• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ən çox qazanan aktrisanın adı açıqlandı

MƏDƏNİYYƏT

01 Mart 2023 | 17:34 | Müəllif: Qalib İbrahimoğlu

Ən çox qazanan aktrisanın adı açıqlandı

Amerikalı aktrisa Zendaya ən çox maaş alan aktrisalardan birinə çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, məşhur HBO şirkəti ilə müqaviləsini yeniləyən 26 yaşlı ulduz "Euphoria" serialının çəkilişlərinə görə 1 milyon dollar alacaq,

Hətta dünyaca məşhur serialların standartlarına görə də bu, böyük məbləğdir. Qeyd edək ki, “Dostlar” serialının əsas personajları son üç mövsümdə serial üçün oxşar ödənişlərlə öyünürlər. Belə ki, aktyorlar Nikol Kidman, Riz Uizerspun və Elizabet Mossun hər epizod üçün 1 milyon dollar maaş aldığı bildirilir.

26 yaşlı amerikalı aktrisa, müğənni və model əslən Kaliforniyadandır. O, daha çox “Hörümçək-adam: Evə qayıdış”, “Hörümçək-adam: Evdən uzaq” və “Hörümçək adam: Evə yol yoxdur” filmlərində Mişel “MJ” Cons rolu ilə tanınıb.

Zendaya həm də sensasiyalı yeniyetmə “Euphoria” serialının baş qəhrəmanı olub. Tamaşaçılar layihəni o qədər bəyənib ki, onun müddəti uzadılıb - üçüncü mövsümün premyerası 2023-cü ildə gözlənilir.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026