Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində baş verib. 1979-cu il təvəllüldü R.İmanov və onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü G.Qasımova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin məlumata görə onlar vanna otağında dəm qazından zəhərləniblər.
















