• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ərdoğan Azərbaycanla bağlı Ermənistana çağırış etdi

DÜNYA

20 Noyabr 2023 | 20:17

Ərdoğan Azərbaycanla bağlı Ermənistana çağırış etdi

"Ermənistanı bir daha azərbaycanlı qardaşlarımızın uzatdıqları sülh əlini tutmağa çağırıram".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

O bildirib ki, bəzi Qərb dövlətləri hələ də Qarabağ müharibəsi ilə bölgədə tamamilə yeni dövrün başladığını dərk edə bilmirlər:

"Erməni xalqı və onların rəhbərləri təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarmalıdırlar. Ermənistanı təxribata sövq edənlər, qazanc əldə edənlər əslində ən böyük zərəri ermənilərə vurdular".


SON XƏBƏRLƏR

26 Iyul 2024