• Bakı 10° C

    9.77 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ərdoğan bu gün Əlcəzairə gedir

DÜNYA

21 Noyabr 2023 | 10:50 | Müəllif: Qalib İbrahimoğlu

Ərdoğan bu gün Əlcəzairə gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Əlcəzairə gedəcək.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, Demokratik Xalq Cümhuriyyətinin sədri Əbdülməcid Tebbunun dəvəti ilə reaalaşac səfərdə məqsəd Türkiyə və Əlcəzair arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının İkinci Toplantısında iştirak etməkdir.

Verilən məlumata görə, Şura Toplantısı paytaxt Əlcəzairdə iki prezidentin sədrliyi və əlaqədar nazirlərin iştirakı ilə keçiriləcək.

Görüş çərçivəsində aparılacaq müzakirələr zamanı Türkiyə-Əlcəzair əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlər, xüsusilə də İsrailin Qəzzaya və işğal olunmuş Fələstin torpaqlarına hücumları ətrafında fikir mübadiləsi aparılacaq.

Şura Toplantısı zamanı Türkiyə-Əlcəzair əlaqələrinin müqavilə əsaslarına əhəmiyyətli töhfələr verəcək müxtəlif saziş və anlaşma memorandumlarının imzalanması da nəzərdə tutulur.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026