• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İmran Xan deputatlığa namizəd olacaq

DÜNYA

21 Dekabr 2023 | 09:28

İmran Xan deputatlığa namizəd olacaq

Pakistan Ədalət Fəaliyyət Partiyasının (PTI) lideri Gohar Xan həbsdə olan keçmiş baş nazir İmran Xanın 8 fevral 2024-cü ildə keçiriləcək ümumi seçkilərdə həbsxanadan parlament namizədi olacağını açıqladı.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Ravalpindidə mətbuata açıqlama verən Gohar Xan məhbus İmran Xanın İslamabad, Lahor və Mianvalidə keçiriləcək ümumi seçkilərdə parlament üçün yarışacağını bildirib.

Mütəxəssislər Xanın seçkilərdə iştirak etmək üçün uzun müddət hüquqi mübarizə aparmalı olacağını vurğulayaraq keçmiş baş nazirin texniki cəhətdən parlamentə girmək hüququna malik olduğunu, lakin ona qarşı çox ittihamlar olduğunu qeyd ediblər.

Xatırladaq ki, İmran Xan avqustun 5-i korrupsiya işi ilə bağlı həbs qolunduqdan sonra polis tərəfindən tutularaq həbsxanaya göndərilmişdi. Keçmiş Baş nazir Xana korrupsiya işi çərçivəsində verilən 3 illik həbs cəzası avqustun 29-da təxirə salınmış, Xanın girov müqabilində azadlığa buraxılmasına qərar verilmişdi. Lakin avqustun 30-da hakim Əbul Həsnət Zülkarneyn qərar verərək “Dövlət sirrini yaymaqda” ittiham olunan İmran Xanın həbs müddətini prokurorluğun tələbi ilə uzatdı.

Ay Tac

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026