• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ərdoğan çinli nazirlə Orta Dəhlizdən danışdı

DÜNYA

26 Iyul 2023 | 22:37 | Müəllif: Subhan Mahmudov

Ərdoğan çinli nazirlə Orta Dəhlizdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, xarici işlər naziri Vanq Yini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş zamanı Türkiyə-Çin əlaqələrinin bütün aspektləri müzakirə edilib. Həmçinin, iki ölkə arasında “Hökumətlərarası Əməkdaşlıq Komitəsi, xarici işlər nazirlərinin məşvərət mexanizmi, konsulluq məsləhətləşmələri, Birgə İqtisadi Komissiya” kimi dialoq və məsləhətləşmə mexanizmlərindən daha səmərəli istifadə olunması kimi mövzular vurğulanıb.

Eyni zamanda, Orta Dəhlizin də müzakirə olunduğu bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026