• Bakı 18° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Ərdoğan-Putin görüşündən nə gözlənilir?

DÜNYA

05 Avqust 2022 | 11:27

Ərdoğan-Putin görüşündən nə gözlənilir?

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Putin Soçidə görüşəcək. Görüşün nəticəsi bütün dünyaya maraqlıdır. Görüşdə nələr müzakirə oluna bilər?

Politoloq Cümşüd Nuriyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bugünkü görüşdən çox şey gözlənilir: “Bilirsiniz ki, hazırda Türkiyə dünya arenasında yeni məsələ həll edən bir aktora çevrilib. Yəni, Ərdoğan artıq dünya liderlərinin əvvəl 1-ci iyirmiliyində idisə, indi onluğundadır. Xüsusilə Ukrayna ilə bağlı taxıl məsələsini həll etdikdən sonra Ərdoğanın reytinqi çox yüksəkdir. Putin də işğalçılıq siyasəti ilə məşhurlaşıb. Eyni zamanda, Putin çox gec ayılıb ki, Amerika çox peşəkarlıqla Rusiyanı siyasi bataqlığa çəkib. Bu hazırlıqlar çoxdan gedirdi, amma Putin burnunun dikinə gedib elə bir yol seçdi ki, guya öz qabağından yemədi. Əslində, onların istədiyi də bu idi. Məsələn, Amerika eyni şeyi Çinə tədbiq etdi, amma Çində alınmadı. Çin çox ustalıqla bu məsələnin yanından keçdi. Ona görə bugünkü görüşdə yeni dünya düzənində Rusiyanın və Türkiyənin yeri müəyyənləşəcək”.

C.Nuriyev hesab edir ki, Ərdoğan-Putin görüşündə ilk müzakirə olunan məsələ Ermənisdan və Azərbaycan arasında sülh sazişinin imzalanmasıdır: “Çünki hər iki dövlət Qarabağda birgə monitorinq aparır. Təbii ki, Rusiya sülhməramlılarının müvəqqəti də olsa Azərbaycan ərazisinə yerləşdirilməsinə Türkiyənin razılığı olub. Yəni, Azərbaycan prezidenti öz xarici siyasətində Türkiyənin mövqeyinə çox önəm verir”.

Cümşüd Nuriyev: Türkiyə və Rusiya liderləri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini də müzakirə edəcək

Politoloqun sözlərinə görə, bu səbəbdən də, Azərbaycanla Ermənistan arasında həm sülh müqaviləsi, həm sərhədlərin delimitasiya və demarkasiyası, həm də Zəngəzur dəhlizi ilə bağlı məsələlər müzakirə olunacaq: “Çünki bu,Türkiyə ilə yanaşı Rusiyanın da maraq dairəsindədir”.

Müsahibimiz gğrə, ikinci məsələ Qara dənizin hərbiləşdirilməsi ola bilər: “Mən belə görürəm ki, Türkiyə Qara dənizin hərbiləşdirilməsini istəmir. Yən, burda gələcəkdə hərbi təlimlərin keçirilməsini və yaxud münaqişə ocağının yaradılmasını istəmir. NATO Rusiya ilə isrtənilən yerdə münaqişənin yaranmasına maraqlıdır”. Üçüncü məsələ, yəqin ki, Türkiyənin şərtlərindən biri Medvedyevin açıqlamasından sonra Qazaxıstan məsələsi olacaq. Çünki Türk dövlətləri hazırda birmənalı şəkildə Türkiyənin qırmızı xəttidi: “Düzdür, birinci yerdə Azərbaycan durur, amma Türk Dövlətləri Təşkilatının ideya müəllifi də Ərdoğandır, onun qarantı da Türkiyə dövlətidir. Ona görə, bu məsələdə müzakirə olunacaq. Yəni, keçmiş sovet respublikaları içərisində olan türk dövlətlərinin yeni nüfuz dairəsinin sərhədlərinin müəyyənləşəcəyinə inanıram. Düzdür, bu tip məsələlər cəmiyyətə açıqlanmayacaq, amma belə bir məsələnin müzakirə olunması istisna olunmur”. C.Nuriyev vurğulayıb ki, Ukrayna məsələsində Türkiyənin mövqeyi çox kəskindir: “Amma arxada konfedinsial hansı söhbətlərin olacağını deyə bilmərəm. Hazırda Rusiya Türkiyə üçün nə qədər önəmlidirsə, Türkiyə iki qat Rusiya üçün önəmlidir. Türkiyə NATO üzvü kimi Rusiya üçün bir nəfəslikdir. Avropanın Rusiya ilə çox ciddi problemləri var. O problemlər də Türkiyənin əli ilə həll oluna bilər. Yaxın Orta Şərqdə onların Suriya və Liviyada qarşıdurma problemləri var. Bu məsələlərin müzakirə olunacağına inanıram. Son zamanlar Talibanın fəallaşması, yeni yaranmış Azərbaycan – Türkiyə - Pakistan üçlüyü, Azərbaycanın D8 İslam Təşkilatına girməyi ilə bağlı və s. məsələlər müzakirə olunacaq. Yəni, Türkiyənin Rusiya ilə müzakirə ediləsi məsələləri çoxdur. Belə götürəndə Rusiyanın yarısı elə türklərdir. Hal hazırda Ukraynada vuruşanlar da türk kökənlilərdir. Putin də bunu çox gözəl başa düşür. Eyni zamanda, o bilir ki, Rusiya federasiyasını ayaqda saxlayan da türklərdir. Farslardan fərqli olaraq, Putin daha uzaqgörən siyasətçidir. Baxmayaraq ki, biz min ildən çox İranı bir dövlət kimi ayaqda saxladıq, yenə də onlar öz xəyanətlərindən əl çəkmirlər. Cənubi Qafqaz, Avropa, Asiya məsələsi, yeni dünya düzəni, dünyanın qlobal ərzaq problemlərinin müzakirə olunacağına inanıram”.

Aytac Aslan


SON XƏBƏRLƏR

24 Aprel 2024