• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Ərdoğan Putinə Ukrayna ilə bağlı hansı təkliflər verəcək?

SİYASƏT, DÜNYA

01 Fevral 2024 | 10:38

Ərdoğan Putinə Ukrayna ilə bağlı hansı təkliflər verəcək?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Ukrayna ilə bağlı sülh danışıqlarını bərpa etməyi təklif edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında türkiyəli analitik Engin Özer deyib. 

Onun sözlərinə görə, sülh danışıqlarının başlanmasına dair təklif Putinin Türkiyəyə səfəri zamanı təqdim edilə bilər. 

Xatırladaq ki, Putinin Türkiyəyə səfəri bu ay baş tutacaq. Rusiya liderinin köməkçisi Yuri Uşakov iki ölkə liderinin danışıqları zamanı Ukrayna məsələsinin əsas müzakirə mövzusu olacağını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR