• Bakı 20° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ərdoğanın 18 illik kolleksiyası - Video

DÜNYA

11 Dekabr 2021 | 23:05 | Müəllif: Subhan Mahmudov

Ərdoğanın 18 illik kolleksiyası - Video

AKP sədri Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dövrdən başlayaraq bu günə qədər müxtəlif obyektləri açarkən istifadə etdiyi qayçı və lentlər Prezident Külliyəsində sərgilənib.

Bakıvaxtı.az musavat.com-a istinadən xəbər verir ki, Ərdoğanın istifadə etdiyi deyilən 800-dən çox qayçı və lent Prezident Kompleksindəki Konqres və Mədəniyyət Mərkəzində jurnalistlər üçün sərgilənib.

Kolleksiyanın ilk parçası Prezident Ərdoğanın 22 Sentyabr 2003-cü ildə Rizə Bazar Ortaq Açılış və TOKİ Açar Təslim Mərasimində istifadə etdiyi qayçıdır. Sərginin son parçası prezident Ərdoğanın ABŞ-ın Nyu York şəhərində inşa edilən Türk Evinin açılışında istifadə etdiyi qayçı olub.

Sərginin yeni açılan digər obyektlərlə yanaşı, daha da genişlənəcəyi açıqlanıb.

Sərgidə avtomobil yolları, şəhər xəstəxanaları, elektrik stansiyaları, toplu açılışlar, tunel və bəndlərin yanında AKP Ümumi Mərkəzinin yeni binasının açılışında istifadə edilən qayçı və lent də yer alıb.

Sərgidəki lentlərin 2007-ci ildən bəri qırmızıdan firuzəyə çevrilməsi də diqqət çəkib. Ərdoğanın prezident seçilməsindən sonra protokol rəngi olaraq firuzəyi istifadə etməsi hər kəsin marağına səbəb olub.

Sözügədən kolleksiyadan görüntüləri təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026