• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğanla Putinin görüşünün dəqiq tarixi AÇIQLANDI

DÜNYA

15 Sentyabr 2022 | 14:24 | Müəllif: Subhan Mahmudov

Ərdoğanla Putinin görüşünün dəqiq tarixi AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək görüşün dəqiq tarixi və gündəliyi açıqlanıb.

Bakıvaxtı.az “Haber Global”a istinadən xəbər verir ki, iki ölkə lideri sabah, sentyabrın 16-da bir araya gələcək.

Görüş Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutacaq.

Dövlət başçıları Ukraynada taxıl ixracı ilə bağlı avqust ayında Soçidə əldə etdikləri razılıqların icra vəziyyətini müzakirə edəcəklər. Bundan başqa, R.T.Ərdoğan və V.Putinin Rusiyadan taxıl ixracı, Cənubi Qafqaz və Suriyadakı durum barədə fikir mübadiləsi aparacaqları gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026