• Bakı 18° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ermənilərin Laçında basdırdığı minalar zərərsizləşdirildi - FOTO

CƏMİYYƏT

21 Sentyabr 2022 | 10:42 | Müəllif: Qalib İbrahimoğlu

Ermənilərin Laçında basdırdığı minalar zərərsizləşdirildi - FOTO

Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan ərazisində basdırdıqları minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam edir.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, sentyabrın 20-də mühəndis-istehkamçılarımız tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Laçın rayonu ərazisində Böyük İşıqlı dağının dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 90 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla davam etdirir.


Ermənilərin Laçında basdırdığı minalar zərərsizləşdirildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026