• Bakı 23° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ermənilər panikada: Laçın dəhlizi bağlanır?

CƏMİYYƏT

24 Avqust 2021 | 10:45

Ermənilər panikada: Laçın dəhlizi bağlanır?

Qarabağda panika var, hamı Laçın dəhlizinin bu yaxınlarda bağlanmasından danışır.

Bakıvaxtı.az xarici KIV-ə istinadən xəbər verir ki, tanınmış erməni jurnalist, Ermənistan Jurnalistlər Birliyinin üzvü Nairi Oxikyan bu barədə sosial şəbəkədə paylaşım edib.

Jurnalistin sözlərinə görə, təlaş böyük sürətlə yayılır. Jurnalist Rusiya sülhməramlılarının məsuliyyət zonasındakı erməni sakinlərindən Qarabağ ərazisini tərk etmək niyyəti ilə onlarla müraciət aldığını bildirir.

N.Oxikyan tələsik Qarabağı tərk etməyə çalışan erməni əhalisini media vasitəsi ilə sakitləşdirməyə çalışır.

Qeyd edək ki, 10 Noyabr tarixli Moskva müqaviləsi Rusiya sülhməramlılarının məsuliyyət bölgəsindəki erməni yaşayış məntəqələrini Ermənistanla birləşdirən alternativ quru yolunun tikintisini nəzərdə tutur. Hazırkı dəhliz Azərbaycan Respublikasının Laçın rayonundan keçir.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026