• Bakı 17° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Ermənilərə başa salmaq lazımdır ki, sizə verilən Zəngəzur... - AÇIQLAMA

GÜNDƏM

25 Sentyabr 2023 | 16:29

Ermənilərə başa salmaq lazımdır ki, sizə verilən Zəngəzur... - AÇIQLAMA

"Tarixi yurdumuz olan Zəngəzurun Ermənistana verilməsi qanunsuz idi və Azərbaycan tarixi sərhəddinə qayıtmalıdır".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, Qarabağda ermənilərin hüquqları təmin edildiyi kimi Qərbi azərbaycanlıların da qayıdışı həllini tapmalıdır: "1920-ci ilin 30 noyabr-1 dekabr tarixində Zəngəzurun qərbi ermənilərə verildi. Həmin vaxtın statistikasına nəzər salsaq görərik ki, Zəngəzurda 123 min 95 nəfər azərbaycanlı, 99 min 257 nəfər erməni yaşayırdı. Əslində köçlərdən sonra belə vəziyyət yaranmışdı. 1828-ci ildə Zəngəzurda 3 faiz erməni yaşamırdı. Həmin dövrdə təkcə Zəngəzur deyil, Şərur-Dərələyəz və Göyçə mahallarının da böyük hissəsi Ermənistana verildi. Təkcə 1920-ci ildə Gəncə quberniyasının Zəngəzur qəzası, Novo Bəyazid qəzasının Basarkeçər mahalı, İrəvan quberniyasının Vedibasar, Qazax qəzasının cənub hissəsi və Meğriyə bitişik ərazilər Ermənistana verilib. Yerli əhali olan azərbaycanlıların qəzanın verilməsindən sonra tarixi torpaqlarından qovulması daha da artdı. Bu tarixi reallıqları yada saldıqda, hazırda Qarabağ erməniləri ilə bağlı Ermənistanın və ermənipərəst qüvvələrin apardıqları qaralama kampaniyasını lənətləmək lazımdır".

Həmsöhbətimiz vurğulayıb ki, məsələdən bixəbər olduqları halda Ermənistanı və erməniləri müdafiə edənlərin diqqətinə real tarixi faktlar çatdırılmalıdır: "Gəlsinlər, tarixi faktlarla tanış olsunlar. Qarabağda nə 100 il əvvəl, nə də indi ermənilərə qarşı aqressiyadan istifadə edilib. Ermənilərin bizə qarşı davranışlarından fərqli olaraq, biz onlar kimi davranmamışıq. Bu mövzuda beynəlxalq dəstəyə ehtiyacımız var”.

Onun sözlərinə görə, hər halda 100 il əvvəl bölgədəki proseslərə Rusiya, Türkiyə və Britaniya tərəfindən istiqamətlər verilirdi.

“Ermənilərin son geosiyasi seçimləri fonunda onlara başa salınmalıdır ki, sizə verilən Zəngəzur heç vaxt sizə məxsus deyildi və bu tarixi səhv aradan qaldırılacaq ki, ağlınız başınıza gəlsin", - deyə Zaur Məmmədov əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

10 May 2025