• Bakı C

    6.01 m/s

Ermənistan KTMT-dən çıxarılır?

DÜNYA

29 Sentyabr 2022 | 17:41

Ermənistan KTMT-dən çıxarılır?

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağı iddialarına münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, ayrı-ayrı siyasi xadimlər tərəfindən səsləndirilən KTMT-nin ünvanına əsassız tənqidlər qarşılıqlı sərfəli qərarların qəbul edilməsinə fayda gətirmir.


Rusiya XİN rəsmisi bu gün, sentyabrın 29-da KTMT baş katibi Stansilav Zasın İrəvanda səfərdə olduğunu xatırladıb: “Stansilav Zas Ermənistan Baş naziri Paşinyana Ermənistanın təklifi ilə 15-23 sentyabr tarixində baş tutmuş KTMT missiyasının işinin yekun qiymətləndirmələrini təqdim edəcək. KTMT Baş katibinin rəhbərlik etdiyi missiya ekspertlərlə birlikdə Ermənistan-Azərbaycan sərhədində olublar, yerdəki vəziyyəti qiymətləndiriblər. O ki qaldı İrəvan tərəfindən KTMT-nin Qazaxıstanda keçirilən hərbi təlimlərinə hərbi kontingent göndərməmək qərarına, düşünürəm ki, bu məsələdə Ermənistan özü və silahlı qüvvələri qarşısında duran vəzifələrdən hazırkı vəziyyəti nəzərə alaraq çıxış edir. Bu, onun suveren hüququdur”.


SON XƏBƏRLƏR