Ermənistan hökumətinin bu gün keçirilən iclasında Macarıstanda səfirliyin açılması barədə qərar qəbul edilib.
Bakııvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
"Ermənistan Xarici İşlər Nazirliyi Macarıstanda səfirliyin açılmasını məqsədəuyğun hesab edir ki, bu da müxtəlif sahələrdə qarşılıqlı əlaqələrə yeni təkan verməklə əməkdaşlığı genişləndirməyə imkan verəcək", - əsaslandırmada qeyd olunub.
Həmçinin bildirilib ki, Macarıstan Avropa İttifaqının üzvü kimi Ermənistan üçün mühüm əhəmiyyət kəsb edir.
Xatırladaq ki, mayın 6-da Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto İrəvanda erməni həmkarı Ararat Mirzoyanla danışıqlardan sonra bildirib ki, Ermənistan və Macarıstan yaxın vaxtlarda hər iki ölkənin paytaxtlarında səfirliklərin açılması barədə razılığa gəlib.