• Bakı 24° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ermənistanda hərbçi öz yerlisini bıçaqladı

HADİSƏ

05 Sentyabr 2021 | 18:03 | Müəllif: Subhan Mahmudov

Ermənistanda hərbçi öz yerlisini bıçaqladı

Ermənistanın Qırxbulaq (Kotayk) əyalətində atışma və bıçaqlanma olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, əyalətin yerli sakini, 21 yaşlı Qriqor S. bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı araşdırma zamanı məlum olub ki, Qriqor S. əyalətin digər sakini Ara Q. tərəfindən bıçaqlanıb. Sonuncu bundan sonra ona avtomatdan atəş açıb.

Qeyd edilir ki, hadisəni törədən şəxs hərbçidir. O, Ermənistan ordusunda xidmət edir.

Faktla bağlı cinayət işi qaldırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026