• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Ermənistanda hərbçilər aksiyaya başlayır

DÜNYA

04 Mart 2021 | 15:13

Ermənistanda hərbçilər aksiyaya başlayır

Ermənistanda hərbçilərin Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyana dəstək aksiyası keçiriləcək.

Bakıvaxtı.az azvision.az-a istinadən xəbər verir ki, aksiya martın 6-da saat 13:00-da başlayacaq.

“Müdafiə Nazirliyinin 51191 saylı hərbi hissəsinin keçmiş əsgərləri, əziz silahdaşlarımız, hər kəsi komandirimiz Onik Qasparyana və Ermənistan ordusuna dəstək mitinqinə dəvət edirik. Aksiya 6 mart saat 13: 00-da Müdafiə Nazirliyinin binası qarşısında baş tutacaq.

Hörmətli həmvətənlər, Ermənistan ordusu qaziləri, ehtiyatda olan hərbi qulluqçular, ümid edirik ki, siz də çağırılan mitinqə qoşulacaqsınız. Ordumuzun, komandirimizin bu gün bizə ehtiyacı var. Şənbə günü sizi gözləyirik”, - deyə hərbçilərin müraciətində qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026