• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənistanda siyasi gərginlik: Kilsədən Paşinyana açıq revanş

DÜNYA

27 May 2024 | 11:06

Ermənistanda siyasi gərginlik: Kilsədən Paşinyana açıq revanş

"Ermənistandakı etiraz aksiyaları kilsənin Paşinyana qarşı açıq revanşıdır".

Bu sözləri siyasi şərhçi Mübariz Göyüşlü Bakıvatı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, kilsənin bu fəaliyyətləri Ermənistan siyasətinə birbaşa müdaxilədir. Paşinyanın hakimiyyətə gəldikdən sonrakı davranışları kilsə, "Daşnaksütyun" partiyası və erməni lobbisini narazı saldı. Bu üçlü Paşinyana qarşı açıq və ya gizli şəkildə mübarizələrini davam etdirirlər. Arxiyepiskop Qalstanyanın Ermənistanda itaətsizlik aksiyasına başlamasının səbəbi də, hesab edirəm ki, kilsə rəhbərliyinin Paşinyana olan münasibətini əks etdirir.

Nəticənin müsbət olacağına inanmadığını bildirən M. Göyüşlü erməni xalqının 44 günlük vətən müharibəsindən nəticə çıxardıqlarını qeyd edir:

"Bu, kilsə etirazlarının ikinci mərhələsidir. İlk mərhələdə arxiyepiskop Tavuşdan İrəvana qədər yürüş etdi, lakin nəticə alınmadı. Etirazlara siyasi müxalifətin dəstək vermədiyini və geniş xalq kütləsinin qoşulmadığını gördük. Hazırda davam edən etirazlarda da radikalların irəli sürdüyü ideyalar xalq tərəfindən dəstəklənmir. Çünki etirazçıların təklif etdikləri məsələlər Azərbaycana, eləcə də bütün dünyaya qarşı radikal addımları nəzərdə tutur. Erməni xalqı isə 44 günlük Vətən müharibəsindən sonra bu yolun nə demək olduğunu yaxşı bilir".

Rahim Nəzərov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026