• Bakı 19° C

    11.48 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Ermənistanın başına dəmir yumruq dəyməlidir ki... - Hərbi ekspert

SİYASƏT

31 May 2023 | 12:48

Ermənistanın başına dəmir yumruq dəyməlidir ki... - Hərbi ekspert

Xəbər verdiyimiz kimi, sabah Kişinyovda Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçirilməsi planlaçdırılıb. Görüş qabağıə ermənilərin Qarabağda təxribatları ara vermir. Təkcə ötən gün ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub.

Baş verənləri Bakıvaxtı.az-a şərh edən ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib ki, ermənilər Kişinyov görüşündən əvvəl Azərbaycana qarşı törətdiyi təxribatlarla həm xaricə, həm də Ermənistana mesaj verir: “Xaricə verilən mesajda Azərbaycanla sülh müqaviləsi mövzusunda uzlaşılmadığı, hadisələri qarşə tərəfin törətdiyi, bunun huzursuzluq və güvənsizlik olduğu yayılər. Ermənistan bunu edərək zaman qazanmağa, digər ölkələrdən özünə sərf edən cavab almağa çalışır. Bu isə bəzən Rusiya, bəzən Amerika, bəzən də Avropa Birliyi olur”.

Yücel Karauz: Ermənistan sülh müqaviləsini sonsuza qədər bağlamaya bilməz

Onun sözlərinə görə, ikinci əsas mövzu isə Ermənistanın daxilidir: “Ermənistan dediyimiz dövlət bütöv deyil. Hazırkı iqtidarın da heç bir gücə, qrupa sözü keçmir. Vəziyyət belə olanda “masada uduzuruq kimi görünə bilərik, amma biz dimdik ayaqdayıq, Azərbaycana qarşı reaksiya veririk” deyərək daxili sakitləşdirməyə yönəlik fəaliyyət göstərili. 2-3 ildir ki, eyni şeyləri edirlər, artıq buna öyrəşmişik”.

Həmsöhbətimiz danışıqların sülh müqaviləsi ilə nəticələnəcəyinə ümid etmir: “Ermənistanın burnu bir az da sürtülməli, başına dəmir yumruq dəyməlidir ki, ağlı başına gəlsin”.

Y.Karauz qeyd edib ki, ermənilərin vərdiş etdiyi bir həyat tərzi, dövlət anlayışı var: “İki yüz ildir başqalarının verdiyi çörək, su, güllə və silahla ayaq üstə durmağa çalışan bir dövlətdir. Dolayısı ilə, belə bir dövlətin öz iradəsi ilə qazanclarından vaz keçərək o gələcəyini müəyyən etməsini gözləmək saflıqdır”.

Onun sözlərinə görə, Ermənistan sülh müqaviləsini sonsuza qədər bağlamaya bilməz: “Ermənistan hər görüşdən sonra başına vurulan yumruq nəticəsində müqaviləyə bir addım da yaxınlaşır. Haqq və hüquqdan yana olan Azərbaycan bundan sonra həm siyasi, həm də hərbi sferada lazımlı addımları atır. Ermənistan tərəfindən də ifadə etdiyi kimi, Azərbaycan torpağı olan Qarabağda Azərbaycan qanunları ilə yaşamaq istəyənlərə gözümüz və könlümüz açıqdır. Yaşamaq istəməyənlər ya tərk edəcək, ya da qəbul edəcəklər”.

Aytac Aslan


SON XƏBƏRLƏR

10 May 2025