• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Ermənistanın liderlərindən biri azərbaycanlı ola bilər” - Rüstəm Aloyan

SİYASƏT

17 Yanvar 2022 | 11:54 | Müəllif: Qalib İbrahimoğlu

“Ermənistanın liderlərindən biri azərbaycanlı ola bilər” - Rüstəm Aloyan

“Yüz minlərlə azərbaycanlı Ermənistanı tərk etmək məcburiyyətində qalıb. Onlar erməni dilini bilib və bir çoxları indi də bu dildə danışırlar, erməni mədəniyyətinə bələddirlər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu oxu.az-a müsahibəsində hüquq elmləri namizədi, dosent, ukraynalı analitikRüstəm Aloyan deyib.

Onun sözlərinə görə, azərbaycanlı qaçqınları Ermənistana, onların yaşadıqları, əcdadlarının dəfn olunduğu yerlərə qaytarmaq lazımdır: “Ora onların vətənidir. Onlar qayıdarsa və bu rəqəm 300, 400, hətta 500 min nəfərə qədər yüksələrsə müvafiq olaraq, Ermənistanın liderlərindən biri - prezident və ya baş nazir - erməni, digəri isə azərbaycanlı ola bilər. Bununla siz cəmiyyətdə balans yarada, qarşılıqlı anlaşmaya, qarşılıqlı hörmətə nail ola bilərsiniz”.

R.Aloyan deyib ki, bundan başqa, bu, Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin inkişafına töhfə verəcək.

“Azərbaycanlılar Ermənistanı tərk etmək istəmirdilər, onlar erməni dilini bilirdilər, bu respublika üçün çalışırdılar və öz iradələrinin ziddinə olaraq oranı tərk etmək məcburiyyətində qalıblar”, - deyə analitik bildirib.

Onun sözlərinə görə, kommunikasiyalar, dəmir yolu açılır. Hər şey sülh istiqaməti üzrə irəliləyir: “Qaçqınların geri qayıtması uzaqda deyil və tezliklə bu məsələ gündəmə gələcək. Mən buna əminəm”, - deyə Ermənistandan olan analitik vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR