• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Ermənistanla gələcək sülh razılaşması..." - Prezident

SİYASƏT

28 Sentyabr 2021 | 20:08 | Müəllif: Subhan Mahmudov

"Ermənistanla gələcək sülh razılaşması..." - Prezident

Azərbaycan artıq neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Fransanın “France 24” televiziya kanalına müsahibəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edərkən söyləyib.

Müharibənin bitdiyini, münaqişənin öz həllini tapdığını vurğulayan dövlətimizin başçısı deyib:

“Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Hər iki ölkənin xarici işlər nazirlərinin görüşü bu səylərin yaxşı göstəricisidir. Ümid edirəm ki, bu, təkcə bir görüş yox, yeni bir prosesin başlanğıcı, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin və Cənubi Qafqaz regionunda geniş əməkdaşlığa yeni bir miqyas verəcək proses olacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026