• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əsgərin özünə xəsarət yetirməsiylə bağlı cinayət işi açıldı

HADİSƏ

10 Sentyabr 2023 | 13:15 | Müəllif: Subhan Mahmudov

Əsgərin özünə xəsarət yetirməsiylə bağlı cinayət işi açıldı

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Kənan Bəhmən oğlu Cəfərovun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə Bakı Hərbi Prokurorluğuna məlumat daxil olub.

Respublika Hərbi Prokurorluğundan Bakıvaxtı.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Bakı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Fakt üzrə Bakı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Qeyd edilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026